İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidin anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Elnur Şirinzadənin anası dünyasını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, şəhidin anası Gültəkin Şirinova yaşadığı Yevlax rayonunda vəfat edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Elnur Şirinzadə Memarlıq və İnşaat Universitetinin tələbəsi olub. O, 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub. 44 günlük Vətən müharibəsi zamanı, oktyabrın 13-də şəhid olub. Yevlax rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

E. Şirinzadə "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR