Onlayn ictimai-siyasi qəzet
Donald Trampın administrasiyası Ukraynaya hərbi yardımı dayandırarsa, Avropa ölkələri silahı ondan pulla almaq planı hazırlayırlar.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən “Bloomberg” yayıb.
Bildirilir ki, ABŞ-ın iştirakı olmadan Kiyevi təkbaşına təchiz etməyə davam etmək üçün Avropanın lazımi arsenalları və ya kifayət qədər silah istehsal etmək gücü yoxdur.
Avropa ölkələri mümkün həll yolunu daha çox Amerika silah sistemləri almaqda və sonra onları Ukraynaya göndərməkdə görür. Onlar bunun üçün külli miqdarda pul ayırmağa hazırdırlar.
Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş hərbi yardım bu ilin yayında tükənə bilər.
Nəşr qeyd edir ki, Qərb üçün bunun nəticəsində yaranacaq boşluğu doldurmaq çətin olacaq.
Bundan əvvəl Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib ki, Kiyev ABŞ-dan hərbi yardımın dayandırılmasından ehtiyat edir.
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ