İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR