İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfixan Həsənov vəfat etdi - FOTO

Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Həsənov vəfat edib.

Bu barədə Musavat.com-a ali məktəbdən bildirilib.

ATU rəhbərliyi mərhumun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə edib. O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 2017-ci ildə ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının müdir seçilib.

sefixan.jpg (195 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR