İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.

Musavat.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.

Beləliklə, 18-31 mart tarixlərində bu marşrut üzrə ümumilikdə 28 əlavə reys təyin edilib.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR