İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkinin qanunsuz zəbt olunmasının qarşısı alındı - VİDEO

Bakının Xətai rayonu Xocalı prospektində piyada səkisinin qanunsuz zəbt olunması ilə bağlı görüntülər yayılıb.

Musavat.com qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb. Bildirilib ki, daxil olan sorğuya əsasən, ötən gün Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirilərək, piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib.

Operativ müdaxilə nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq səki əvvəlki vəziyyətinə qaytarılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR