İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan (2008-2018) külli miqdarda çirkli pulların yuyulmasına yardım etməklə bağlı ittihamlarla üzləşir.

Bu barədə ölkənin Baş Prokurorluğuna istinadən "Hraparak" nəşri məlumat yayıb.

Məlumata görə Sarkisyan prezidentliyi dövründə külli miqdarda pul özəlləşdirilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunur. Lakin onun həbsi ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama verilməyib. Ona qarşı qabaqlayıcı tədbir kimi ölkəni tərk etməməsi barədə yazılı öhdəlik seçilib.

Bundan əvvəl, eyni ittihamlarla üzləşən başqa bir sabiq prezident Mixail Saakaşvili məhkəmə tərəfindən 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edilərək 9 il azadlıqdan məhrum edilib. Prokurorluq bildirir ki, o, dövlət vəsaitlərini kosmetik prosedurlara, hədiyyələrə, təyyarə biletlərinə və ona yaxın adamların istirahətinin təşkilinə xərcləyib.

Qeyd edək ki, Serj Sarkisyan son vaxtlar Ermənistanın Aİ-yə üzvlüyü məsələsi barədə fikirlərini açıqlamış və bu istiqamətdə siyasi bəyanatlar vermişdi.\\milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR