Onlayn ictimai-siyasi qəzet
Son günlər müşahidə olunan dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.
Musavat.com bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadla xəbər verir.
"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.
Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik", - məlumatda deyilir.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ