İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyin 347 min pulunu qumara qoyan sabiq diplomatımız həbs edildi

Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub.

İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Nəcib Osmanov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR