İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyimizə hücumun ŞOK ssenarisi: İran bu mesajı verdi - İlham İsmayılla CANLI

İranda Azərbaycan səfirliyinə qarşı hücum bu ölkənin Vətən müharibəsindəki qələbəmizdən sonra həyata keçirdiyi siyasətin birbaşa nəticəsi, davamı, əməli şəkildə həyata keçirilməsi aktıdır. Heç şübhəsiz ki, bu, terror əməlidir. İlk növbədə hadisənin açıq-aşkar hədə və bunun bir qorxu yaradılması, mesaj verilirmiş kimi bir səviyyədə planlaşdırılmasının şahidi olduq. Bu sözləri millət vəkili Zahid Oruc Azərbaycanın İrandakı səfirliyində baş verən teraktla bağlı danışarkən deyib. Millət vəkili qeyd edib ki, İran hakimiyyətinin əsası elə səfirliklərə hücum üzərində qurulub.

Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq. Bu barədə onun yaxınları bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
TVMusavat-ın saat 12:00-da “Həftə içi” verilişində təhlükəsizlik eksperti İlham İsmayılla teraktı müzakirə edirik.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR