İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirdən ABŞ və Fransa haqda şok sözlər: “Yəqin ki, erməni dostlarının xətrinə dəymək istəmirlər”

Bu günlərdə Şuşa şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının iştirakı ilə baş tutan “Zəfər” Yay Məktəbinin bağlanış mərasimi keçirildi.

Tədbirdə iştirak edənlər arasında 1999-2004-cü illərdə Azərbaycanın sabiq xarici işlər naziri olmuş, hazırda isə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutan Vilayət Quliyev də var idi. Qeyd edək əvvəlki illərdə təcrübəli diplomat Azərbaycanın Polşa və Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Uzun illər Qarabağın azad olunması üçün çalışan, “hücum diplomatiyası” siyasətinə töhvə verən, həmçinin ədəbiyyat adamı olaraq əsərləri, publisistik məqalələri ilə Qarabağın azadlığına inamını ifadə edən, həmçinin xalqımızda inam aşılayan Vilayət Quliyevlə Şuşada söhbət etmək, təəssüratlarını öyrənmək, aktual məsələlərə onun peşəkar münasibətini öyrənmək çox xoş oldu. Vaxt ayırıb, Musavat.com-un əməkdaşı Elşad Paşasoya müsahibə verən hörmətli Vilayət müəllimin Şuşadan aşağıda, Xankəndidəki ermənilərə xəbərdarlıq mesajları, çağırışları da söhbətimizin maraqlı məqamlarındandır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR