İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir: Zəngilanda keçirilən konfransda iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinə sadiqliyini göstərir

Zəngilanda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransında iştirak Almaniyanın minalarla mübarizə fəaliyyətinə sadiqliyini göstərir.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Qarabağa səfərim çərçivəsində heyrətamiz minatəmizləmə və yenidənqurma işlərini gördükdən sonra Zəngilanda minatəmizləmə mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edirəm. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının Zəngilanda təşkil etdiyi konfransda Almaniyanın dünyada və Azərbaycanda minalarla mübarizə fəaliyyətinə verdiyi dəstəyi vurğulamaq imkanım var”, - səfir qeyd edib.

Xatırladaq ki, bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı konfrans işə başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR