İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Buça faciəsini Xocalı ilə müqayisə edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Buça faciəsini Xocalı qırğını ilə müqayisə edib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.

“1992-ci ilin Xocalı faciəsindən 2022-ci il Buça qırğınınadək 30 il ötüb. Vaxt keçir, amma dəst-xətt dəyişməzdir...”, - V.Kanevski qeyd edib.

Xatırladaq ki, Ukraynanın Kiyev əyalətində bu günlərdə Rusiya işğalçılarından azad edilmiş Buça şəhərində işğal dövründə öldürülmüş dinc sakinlərin azı 320 nəfər olduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR