İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosfor boğazında iki yük gəmisi TOQQUŞDU

İstanbul sahillərində Bosfor boğazında iki yük gəmisi toqquşub.

Musavat.com xəbər verir ki, məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yayıb.

Məlumata görə, artıq toqquşan gəmilərin yanına bir neçə yedək gəmisinin göndərilib. Yük daşıyıcılarının İstanbul Axırkapı estakadasına qədər çəkilməsi planlaşdırılır. Nazirlik onu da əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmasa da, maddi ziyan dəyib.

Bildirilir ki, toqquşanlar Toqo bayrağı altında üzən, Batumidən Səudiyyə Ərəbistanına gedən 80 metrlik “Ayed 1” və Panama bayrağı altında üzən, İspaniyadan Batumiyə gedən 180 metrlik “BUNUN ACE” yük daşıyıcılarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR