İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçicilər fəal olmadığı üçün İtaliyada keçirilən referendum etibarsız sayılıb

İtaliyada ədliyyə sistemində tənzimləmələrlə bağlı keçirilən referendum seçici fəallığının lazımi səviyyədə olmaması səbəbindən etibarsız sayılıb.

AZƏRTAC xəbər verir ki, ümumxalq səsverməsində iştirak etmə nisbəti 20 faiz civarında olub. Referendumla hazırda ədliyyə sahəsində qüvvədə olan bəzi hüquqi tənzimləmələrin ləğvi nəzərdə tutulurdu.

Ötən gün referendumla yanaşı, 971 bələdiyyə üzrə qismən yerli seçkilər keçirilib. Səslərin hesablanması hələ də davam edir. İlkin nəticələrinə görə, Genuya, Palermo, Katanzaro və L'Aquila kimi şəhərlərdə sağ mərkəzçi alyansın namizədləri liderlik edir. Verona və Parma şəhərlərində isə sol mərkəzçi alyansın namizədləri irəlidədirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR