Onlayn ictimai-siyasi qəzet
Deməli belə. Anti-milli Şuranın sədri, “hərşeyşünas” Cəmil Həsənli növbəti dəfə sərsəmləyib və sentyabrın 1-də keçirilməsi nəzərdə tutulan Parlament seçkilərini, həmin seçkilərlə bağlı hüquqi prosedurları şübhə altına salmağa çalışıb.
Təbii, bu siyasi yoxluq barədə ön sözü daha geniş yaza bilərdim. Amma indiki məqamda düşünürəm ki, Cəmil Həsənlini elə öz cızmaqarası üzərindən bənd-bənd ifşa etmək daha doğru və məqsədəuyğun olar.
İndi isə keçək, bəyin “hallüsinasiya”larına...
Cəmil əkə buyurub ki, Milli Məclisin özünü buraxması, eyni zamanda Konstitusiya Məhkəməsinin Milli Məclisi buraxması haqda qərar Konstitusiyaya ziddir.
Əvvəla! Milli Məclis özünü buraxmayıb. Çünki onun həqiqətən belə bir səlahiyyəti yoxdur. Milli Məclis sadəcə növbədənkənar seçkilərin keçirilməsi üçün cənab Prezidentdə müraciət ünvanlayıb və həmin müraciəti də yetərincə arqumentləşdirib. Üstəlik, haqqında danışdığın digər qərarı da Konstitusiya Məhkəməsi deyil, Konstitusiya Məhkəməsinin Plenumu verib və həmin qərar Milli Məclisin buraxılması ilə bağlı yox, Milli Məclisin deputatları tərəfindən Prezidentə ünvanlanan müraciətin Konstitusiyaya uyğunluğu ilə bağlıdır.
Cəmil Həsənli qeyd edib ki, Milli Məclisin buraxılma proseduru Konstitusiyanın 98-ci maddəsi ilə tənzimlənir və hazırda həmin maddədə göstərilən əsasların heç biri yoxdur.
Yenə də gözünün içinə qədər yalan və səhv deyir! Çünki 98-ci maddə yetərincə dəqiq yazılıb və özündə həm birbaşa, həm də yanakı (yönləndirici) məqamları ehtiva edir: “ Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”
Bu xüsusda Cəmil Həsənlinin əsas yanlışı bilirsinizmi nədir? – 94, 95, 96, 97-ci maddələri açıb oxumaması. Hərgah, həmin maddələrə hətta gözucu nəzər salsaydı, o zaman anlardı ki, ortalıqda heç bir qaranlıq məqam yoxdur. Və ya: Seçkilərin keçirilməsinə, səlahiyyətlərin tam icrasına mane olan səbəblər yetərlidir ki, məlum addım atılsın.
Cəmil Həsənli deyir ki, “COP 29”-a görə Milli Məclis buraxıla bilməz.
Bu “siyasi bomj”un qulağına kimsə pıçıldasın ki, “COP 29” adında tədbir anti-milli şuranın 3-5 yoluqdan ibarət tərkiblə keçirdiyi tədbirlərdən deyil, masştabı yetərincə böyükdür və onun keçiriləcəyi ərəfədə və ya şəraitdə hansısa seçki marafonunu təşkil etmək faktiki olaraq qeyri-mümkündür.
Ayrıca, Vətən Müharibəsindən sonra bar-bar bağıran siz deyildinizmi ki, yeni Parlament seçkiləri keçirilsin? Alın, bu da sizə seçki! Gəlin, iştirak edin. Gücünüzü sınayın. Bəyənmədiyiniz iqtidarla sivil mübarizə aparın. Amma bacararsınızmı? Buna cəsarətiniz, hünəriniz, təpəriniz çatarmı? Əsla! Çünki öz kəramətinizə bələdsiz. Çünki qorxaqsız, vicdansızsız, yaramazsız. Çünki sizin dərdiniz, məramınız, hədəfiniz Parlament--filan deyil, bir şəkildə bu millətə, bu dövlətə zərbə vurmaqdır və ona görə də hələ keçirilməmiş seçkini saxta adlandırırsız, indidən trollarınızı sosial şəbəkələrə etap edirsiz, hər gün yeni model iyrəncliklərə imza atırsız!
Cəmil Həsənli öz “palaz” yazısında hələ belə bir “dahiyanə” fikirdə də bulunub: “Bu hüquqi yox, siyasi qərardır”.
Ay başı boş! Ay “kəlbətin kafa”! Ay bisavad! Sən hələ də o bilgini qavrayacaq imkanda, gücdə deyilsən ki, deputatın əsas vəzifələrindən biri siyasi fəaliyyətdir, Parlament seçkisi siyasi marafondur, Yeni Azərbaycan Partiyası siyasi təsisatdır və əgər həmin partiyanın 70 deputatı müraciət imzalayırsa, məlum müraciətdən öncə Partiyanın İdarə Heyəti toplanırsa demək ortalıqda həm də siyasi mövqe, siyasi planlama, siyasi strategiya var.
Nəhayət: Cəmil Həsənlinin yazısında o qədər ciddi qrammatik qüsurlara rast gəlinir ki, onlara baxa-baxa bu adamın “tupoy”luğuna bir daha şahidlik edirsən! Daha dəhşətli olan isə...Konstitusiya sözünün hansı hərflə və necə yazılmasını bilməyən birinin bizlərə Konstitusiyadan dərs keçmək, həmin Konstitusiyanı şərh etmək, Konstitusiyada yazılanları əsas kontekstdən çıxarmaq cəhdidir...
P.S. Ən axırda istəyirdim (punkt kimi) yazam ki, Konstitusiya Məhkəməsi haqqında Qanuna əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir və heç bir şəxs tərəfindən təfsir edilə bilməz. Amma sonra bir anlıq əl saxladım və düşündüm: Söhbət axı şəxsdən, fərddən, adamdan gedir!
Yəni, tam mümkündür ki, sabun köpükləri, siyasi amöblər, adama bənzəməyə çalışsalar da adamlığı olmayanlar həmin imperativ normanın predmeti hesab edilməsinlər...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ