İnsanlara hürriyət, millətlərə istiqlal!

Satdığı üzərliklər belə onu təhlükədən qoruya bilmədi... 4 uşaq anasını əri ÖLDÜRDÜ - VİDEO

Bakıda qadın evində öldürüldü.

Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə dünən Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

19 bıçaq zərbəsi ilə qətlə yetirelən 34 yaşlı Tacirə Salmanova 4 övlad anası olub. Onun böyük övladının 12 yaşı var.

Verilən məlumata görə, Teymur Məmmədov həbsxanadan 4 gün əvvəl çıxıb. O, bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Qonşular qətlə yetirlən qadının üzərlik sataraq övladlarını dolandırdığını bildirdilər.

“Mənzilin kirayə verən Əmir adlı şəxs isə qapını üzümüzə açmadı”

Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Teymur Məmmədov saxlanılıb.

1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR