Onlayn ictimai-siyasi qəzet
“Paşinyan-Ərdoğan münasibətlərinin bütün mahiyyəti bundan ibarətdir: kəsilməsi mümkün olmayan əl, onu öp və başına qoy”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə Ermənistanın revanşist siyasətçisi, hazırda müxalifətdə olan Respublika partiyasının sədr müavini (lideri Serj Sərkisyandır) Eduard Şarmazanovun statusunda yer alıb.
“Paşinyan Türkiyənin “əl öpmək” siyasətini həyata keçirməklə Ermənistanı birbaşa Türkiyədən asılı vəziyyətə salır.
Perspektivdə Ermənistan Respublikasının suverenliyinin itirilməsi və Ermənistanın türkləşməsi var.
Paşinyan faktiki olaraq Ermənistan Respublikasını “türk dünyası”nın bir parçası edir.
Bu yolda o, bütün milli qurumlarla, milli simvollarla mübarizə aparır: buraya ordu, kilsə, tarix də daxildir”,-deyə Şarmazanov yazıb.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ