İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel: Avropa İttifaqı Polşanın yanındadır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa-Ukrayna sərhədinə, Polşa ərazisinə raket zərbəsi endirilməsi xəbərinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də məlumat verib.

"Polşa ərazisində insanların ölümünə səbəb olan raket atılması xəbərindən şoka düşdük. Həlak olanların ailələrinə başsağlığı verirəm. Biz Polşanın yanındayıq. Mən Polşanın hakimiyyət orqanları, Avropa Şurasının üzvləri və digər müttəfiqlərlə əlaqə saxlayıram", - Mişel qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR