İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan Zabuxla bağlı suala cavab vermək istəmədi

Xəbər verdiyimiz kimi iyulun 7-də İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsində hakim Vahe Misakyanın sədrliyi ilə Ermənistanın üçüncü prezidenti, hərbi cani Serj Sarkisyan və digərlərinin işi üzrə keçirilməli olan məhkəmə iclası təxirə salınmışdı.

Şahidlərin dindirilməsi növbəti iclasa təyin edilsə də, dəvət olunan şahidlərdən heç biri məhkəməyə gəlməyib. Növbəti iclas isə bu gün, avqustun 25-də keçirilib.

Daha doğrusu Serj Sarkisyan məhkəmə zalına gəldikdən sonra əsas şahid iclasda iştirak etmədiyi üçün məhkəmə yenidən təxirə salınıb.

Maraqlıdır ki, hərbi cani jurnalistlərin Zabux və Laçınla bağlı son olaylara dair suallarını cavabsız qoyaraq maşınına minib ərazidən uzaqlaşıb. Sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olan bu addım bir sıra suallar yaradıb. Bəziləri idda edirlər ki, Sarkisyan daha əvvəlki kimi İrəvanın siyasətini sərt şəkildə tənqid edə bilmir. Bir qrup isə bu addımı Sarkisyanın sadəcə proseslərə qiymət verə bilməməsiylə əlaqələndirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR