İnsanlara hürriyət, millətlərə istiqlal!

Sara Vaqenknext də kanslerliyə namizəd oldu

Almaniyanın Bonn şəhərində “Sara Vaqenknext Alyansı”nın konqresi keçirilib və orada fevralın 23-də Bundestaqa keçiriləcək növbədənkənar seçkilər üçün partiyanın proqramı qəbul edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sara Vaqenknext özü də tədbirdə partiyanın kanslerliyə namizədi kimi təqdim edilib. Bu qərar dekabrın sonunda qızğın müzakirələrdən sonra qəbul olunmuşdu.

Vaqenknextin hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsinin səbəbi seçki kampaniyasında iştirak edən bütün siyasi qüvvələrin ilk növbədə “partiyanın simasını” müəyyən etməsidir. Sara Vaqenknextin partiyası da “qonşudan dala qalmaq” istəməyib.

Sorğulara görə, alyans mühafizəkar CDU/CSU bloku və Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə hökumət koalisiyasına daxil ola bilər. Vaqenknext özü də Almaniyanın 1-ci telekanalına müsahibəsində deyib ki, onu kanslerliyə namizəd irəli sürərkən partiya digər partiyalardan təkcə proqram baxımından deyil, həm də kadr siyasəti baxımından fərqini göstərmək istəyib.

Partiyanın proqramında əsas mövzular miqrasiya və iqtisadi bloklar, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı vəziyyətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR