İnsanlara hürriyət, millətlərə istiqlal!

Samvel Şahramanyanın mühafizəçisi saxlanıldı

Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma qurumun sonuncu “rəhbəri” Samvel Şahramanyanın mühafizəçisi Aşot Danielyan İrəvanda saxlanılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli İstintaq Komitəsi məlumat yayıb.

Məlumata əsasən, fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Danielyanı narkotik maddə saxlamaq və satmaqda şübhəli bilərək İrəvanın Abovyan küçəsindən polis bölməsinə gətiriblər. Ona qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci hissəsi ilə iş başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR