İnsanlara hürriyət, millətlərə istiqlal!

Samux sakinlərində narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləriləri Səbuhi Quliyev, Emin İbrahimov, Hacı Həsənov və Əfsun Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, metamfetamin və tiryək aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR