Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Kralı III Çarlzın bacısı Şahzadə Anna evində baş verən insidentdən sonra xəstəxanaya yerləşdirilib.
Musavat.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Bukingem Sarayından verilən məlumatda deyilir.
Bildirilib ki, şahzadə Anna bazar günü axşam evində baş verən insidentdən sonra kiçik xəsarətlər və beyin sarsıntısı alıb. Ehtiyat tədbiri olaraq o, Bristolun Souzmed xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, 73 yaşlı şahzadə Anna Kral Çarlzın kiçik bacısıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ