İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahnazaryan: “Azərbaycanın davranışında dəyişiklik var”

“Putinin vasitəçiliyi ilə Soçidə keçirilən üçtərəfli görüşdən sonra Azərbaycanın davranışında nəsə dəyişib”.

Musavat.com xəbər verir ki, bu barədə politoloq Hrant Melik-Şahnazaryan teleqram kanalında yazıb.

Onun fikrincə, Prezident İlham Əliyev Ermənistandan daha çox güzəştlər almaq imkanı əldə edib.

“Diqqəti cəlb edən başqa bir vacib hal var. Paşinyan guya Azərbaycanı tənqid edərək indiki mərhələdə sülh müqaviləsinin imzalanmasının getdikcə mümkünsüz olduğunu göstərir. Bu, həqiqətən də çətin vəziyyətdir. Bir tərəfdən aydındır ki, qondarma sülh müqaviləsi Ermənistan və “dqr” üçün yaxşı heç nə vəd etmir və fəlakətdir. Digər tərəfdən, əgər Əliyev həqiqətən də daha çox güzəşt əldə etmək istəyirsə, deməli, onun oyununda iştirakçıya çevrilmək Ermənistan üçün ikiqat təhlükəlidir. Belə bir vəziyyətdə nə etməli? Təbii ki, Ermənistan üçün ən yaxşı çıxış yolu yeni danışıqlar aparan şəxsin dəyişməsidir. Belə bir qərarın verilməsinin zəruriliyi və gözlənilən müsbət nəticələr barədə çox danışdım. Təəssüf ki, bu hakimiyyətdə oturanlara istefa verin və bununla da mövcud bütün anti-erməni razılaşmalarını ləğv edin deməkdən başqa cavabım yoxdur”, - deyə Şahnazaryan yazıb.

Onun sözlərinə görə, Ermənistan bu mərhələdə həm Qərbdən, həm də Rusiyadan gələn təzyiqlərə ümid bağlaya bilər:

“Rusiya çalışır ki, Ukraynadakı problemlər həll olunana qədər regiondakı münaqişələrin həlli təxirə salınsın. Qərbin isə Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Rusiya və Türkiyə qarşısında öz ilkin şərtləri var. Buna görə də hər şey ilk baxışdan göründüyündən daha mürəkkəbdir. Bütün hallarda gözünü Əliyevdən çəkə bilmirsən. Bir daha təkrar edirəm, onun davranışlarında dəyişiklik var”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR