İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Türkiyəyə səfərə gedəcək

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə Musavat.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin sədri konfransda çıxış edəcək.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR