İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova: “Sülh müqaviləsinin imzalanması regionda daimi sülhü təmin edəcək”

"Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir. Sülh müqaviləsinin imzalanması regionda daimi sülhü təmin edəcək".

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşdə regionda mövcud olan vəziyyət barədə danışarkən deyib.

O, həmkarına Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, cari ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə geniş məlumat verib. Milli Məclisin sədri təəssüflə vurğulayıb ki, bəzi ölkələr Cənubi Qafqazda sülhün yaranmasını istəmirlər.

Milli Assambleyanın sədri Jin-pyo Kim isə beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayaraq deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir. Spiker ümid etdiklərini bildirib ki, bu səylər nəticə verəcək və Azərbaycan sülhün əldə edilməsinə nail olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR