İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahib Alıyev: “Laçın yoluyla Xankəndinə indən sonra qanunsuz…”

Deputat Sahib Alıyev Milli Məclisin plenar iclasında öncə parlament rəhbərliyi və üzvlərinin Misir, Cənubi Afrika və Rusiyaya səfərlərindən bəhs etdi. Bildirdi ki, mən də onların uğurlu olduğu düşüncəsindəyəm. “Ümumiyyətlə, cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk toplantısınadakı tövsiyyəsindən sonra Azərbaycanın xarici siyasətinin reallaşmasına töhfə vermək baxımından parlamentimizin bir sıra platformalarda təkcə tamamlayıcı, əvəzedici yox, həm də əvəzolunmaz rolunu görürük.

Hörmətli xanım sədr, sizinlə görüşdə Rusiya Dumasının spikeri Volidinin Paşinyanla komandasındakılara ölkələrini itirə biləcəkləri xəbərdarlığı çox düşündürücü idi. Öncə onu deyək ki, cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi bizim Ermənistana qarşı belə bir planımız yoxdur və olmayıb.

Biz çox istərdik ki, İrəvan xanlığının torpaqlarında yeni hay diasporunun yaranmasına yol açan Türkmənçay anlaşmasının 195-ci ildönümündən cəmisi 3 gün keçmiş Rusiya siyasi isteblişmentinin önəmli təmsilçilərindən birinin bu sözlərinin arxasında Ermənistana kimin forpostu olduğunu unutmaması deyil də onu sülhə təşviq niyyəti durardı.

Bəli, aydındır ki, cənab Volodinin adını çəkdiyi Avropa təsisatları, o sıradan da Ermənistana öz jandarmalarını göndərənlər heç də burada sülhün olmasında maraqlı deyillər. Amma sual olunur ki, bəs dələduz Ruben Vardanyanı təkrar Xankəndinə dartanlar necə, regionda qarşıdurmaların tez bir zamanda aradan qalxmasını istəyirlərmi? İstəyirlərsə, məhz həmən Vartanyanla, Harutyunyan Moskvaya çağrıldıqdan sonra separatçı rejimin yeni “vəzifə” dövriyyəsi oyununa başlaması, hərbi xuntanın digər təmsilçilərindən çox da fərqlənməyən Balasanyana qarşı cinayət işinin açılması nə ilə bağldır? Həmən Balasanyanın cinayətkarlığı indi üzə çıxdı, yoxsa bu onun Vartanyana Azərbaycanla ünsiyyət qurmaqdan başqa çıxış yollarının olmadığını deməsinə görədir?

Biz həmən Vardanyanı gizlicə Moskvaya aparıb gətirənlərin Laçın yoluyla Xankəndinə indən sonra qanunsuz yük, mina, terrorçu və təxribatçılar daşınmasının qarşısını alacaqlarına inana bilərikmi? İnana bilərikmi ki, Laçın yolunda aksiya başladılanadək Ermənistandan Qarabağa mina, silah-sursatla birgə muzdluların, iranlı təlimatçıların, digər ünsürlərin gətirilməsindən Rusiyanın oradakı müvəqqəti hərbi kontingenti xəbərsiz olub? Belə görünür ki, yox!

Bununla yanaşı, əminəm ki, Moskvada regionda mövqelərini qoruyub saxlamağın ən effektli yolunun Qarabağda hərbi mövcudluqlarından deyil, Qərbi Azərbaycanlıların öz yurd yerlərinə dönməsinə yardımdan keçdiyini gec-tez anlayacaqlar. Onu da anlayacaqlar ki, Vardanyandan Dartanyan düzəltməyə çalışmaqla nə düzəldənlər, nə də düzəldilən məqsədinə çatasıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR