İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı

Bakı-Şamaxı yolunda şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə cinayət işi başlanıb.

Musavat.com-un Trend-ə istinadla məlumatına görə, hazırda cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

Xatırladaq ki, iyunun 13-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya qəbul edilib.

Xəsarət alanlardan 2 nəfər Bakıdakı xəstəxanalara köçürülüb, digər xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR