İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlə cinsi əlaqədə olan direktor HƏBS EDİLDİ

Məktəb direktoru şagirdlə bir neçə il cinsi əlaqədə olub.

Publika.az xəbər verir ki, Las-Veqas şəhərində (ABŞ, Nevada) Mountain View Christian School xristian məktəbinin keçmiş rəhbəri bir neçə il şagirdlə cinsi əlaqədə olub. Bu barədə "Fox 5 Las Vegas" nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı Keytlin Qlover 2017-ci ildə məktəbli qızla "Snapchat" tətbiqində ünsiyyət qurmağa başlayıb. Direktor əvvəlcə qıza səmimi fotolar göndərib, daha sonra onunla görüşməyə başlayıb.

Hüquq-mühafizə orqanları əlavə edib ki, 2021-ci ilə qədər direktor müntəzəm olaraq avtomobilində şagirdlə cinsi əlaqədə olub. Qız 2021-ci ildə məktəbi bitirib və direktor onu hədələdiyi üçün bir il baş verənlərə səssiz qalıb. Qlover deyib ki, əgər kimsə onların münasibətlərini bilsə, özünü öldürəcək.

Ötən ilin iyununda şagird polisə müraciət edib. Nəticədə Qlover həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR