İnsanlara hürriyət, millətlərə istiqlal!

Safrastyandan SON DƏQİQƏ sülh müqaviləsi AÇIQLAMASI

“Ermənistan 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan öz imzasını geri götürməməlidir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının üzvü, şərqşünas, türkoloq Ruben Safrastyan deyib.

“Ermənistan bundan heç nə qazanmayacaq, ancaq Rusiya ilə münasibətləri korlayacaq. Bundan əlavə, bu addım Türkiyə prezidenti Ərdoğanın ustası olduğu qalmaqal diplomatiyasının elementinə çevriləcək. Bu cür üsullardan istifadənin (qalmaqallı diplomatiya) Ermənistana hər hansı üstünlüklər verəcəyini düşünmürəm” - deyə erməni ekspert bildirib.

Safrastyanın fikrincə, heç bir sənəd müharibənin bərpa edilməyəcəyinə, o cümlədən sülh sazişinə zəmanət verə bilməz.

“Heç bir sənəd əsl sülhün təminatı ola bilməz. Lakin sülh müqaviləsinin olması onun olmamasından yaxşıdır. Burada əsas məsələ onun hansı qiymətə təmin ediləcəyi ilə bağlıdır. Əgər sülh müqaviləsinin qiyməti Ermənistan üçün prinsipial məsələlərdə güzəştdirsə, onun olmaması daha yaxşıdır. Əgər hansısa kompromis əldə olunsa, onu imzalamaq daha yaxşı olardı”, - deyə Ruben Safrastyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR