İnsanlara hürriyət, millətlərə istiqlal!

Saç əkdirmək üçün Türkiyəyə getdi - Əməliyyatdan sonra ÖLDÜ

Türkiyədə estetik əməliyyat faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, 38 yaşlı britaniyalı turist İstanbulda saç əkimi əməliyyatından sonra dünyasını dəyişib.

“The Sun” qəzetinin məlumatına görə, o, məşhur kosmetik prosedur üçün Türkiyəyə səfər edib və 5 saat davam edən əməliyyat keçirib. Lakin az sonra səhhətində ciddi problemlər yaranıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölüm səbəbi ekspertiza tərəfindən araşdırılır. Hadisə ilə bağlı polis klinikanın əməkdaşlarını dindirib.

Qeyd edək ki, bu, saç əkimi əməliyyatı fonunda baş verən nadir ölüm hallarındandır. Daha əvvəl oxşar hadisə Hindistanda qeydə alınıb. Belə ki, sanitar-gigiyenik qaydaların pozulduğu klinikada saç əkimi etdirən yerli telekanal rəhbəri qan zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR