Onlayn ictimai-siyasi qəzet
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədov saxlanılıb.
Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edir 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ