İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlıdan qanun layihəsinə etiraz: “Səs verməyəcəyəm”-VİDEO

 

Milli Məclisin bu gün öz işinə başlayan növbədənkənar sessiyasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişikliklər birmənalı qarşılanmadı. Deputat Sabir Rüstəmxanlı qanuna dəyişikliklə bağlı çıxış edərkən bir sıra iradlarını səsləndirdi.

Deputat soydaşlarımıza vətəndaşlıq verilməməsindən narahatlığını ifadə etdi. Həmçinin Güney Azərbaycandan olan soydaşlarımıza  vətəndaşalıq hüququ verilməməsini düzgün saymadı.

 S.Rüstəmxanlı bildirdi ki, vətəndaşlıq təkcə pullu insanlara yox, həm də  kasıb və bilikli adamlara verilməlidir. Həmçinin 30 ildən artıqdır Azərbaycanda yaşayan Ahıska türklərinə  vətəndaşlıq verilməməsini də  düzgün hesab etməyən deputat bildirdi ki, aidiyyəti qurumlardan bu problemin həll edilməsinə çağırdı.

Sonda deputat bildirdi ki, etiraz əlaməti olaraq qanuna səs verməyəcək. Komitə sədri Hicran Hüseynovanın təqdim etdiyi qanun layihəsi 2 nəfər əleyhinə olsa da, səs çoxluğu ilə qəbul edildi. İclasdan sonra Sabir  Rüstəmxanlının prinsipial olaraq etiraz etdiyi qanun layihəsi ilə bağlı ondan özəl açıqlama aldıq. Deputat Musavat.com-a bunları söylədi:

 



Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR