İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı: “Qərbi Azərbaycanın tarixi dəqiq yazılmalıdır”

Deputat, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə Qərbi Azərbaycanla bağlı keçirilən dinləmədə bir sıra təkliflərini səsləndirib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, qərbi azərbaycanlılara vurulan zərər, başlarına gələn müsibətlər sənədləşdirilməlidir.

Sabir Rüstəmxanlı qeyd edib ki, vaxtilə ona “sabah siz beynəlxalq məhkəməyə müraciət edəndə hansı sənədlərlə gedəcəksiniz?” - sualını ünvanlayan olub.

S.Rüstəmxanlı bildirib ki, ermənilər saxta “soyqırım” iddiasını qoyanda biz də Qərbi Azərbaycan məsələsini masaya qoymalıyıq: “Əsas arqument bu olmalıdır ki, ermənilər Şərqi Anadoludan Qərbi Azərbaycana köçməklə azərbaycanlıları deportasiya edərək dövlətə sahibləndilər”.

Deputat deyib ki, Azərbaycan ərazilərindəki alban kilsələri də bütün dünyaya təqdim olunmalıdır. “Qərbi Azərbaycanın tarixi dəqiq yazılmalıdır. Erməni dilini bilən alimlər yetişdirilməlidir. Qərbi Azərbaycan tarix və soyqırım muzeyi, son 200 ildə ruslarla birgə ermənilərin hansı soyqırımı törətməsini əks etdirən muzey yaradılmalıdır” - Sabir Rüstəmxanlı bildirib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR