İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq və indiki təhsil nazirləri bir arada - MARAQLI FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev sabiq təhsil naziri, Azərbaycan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovla görüşüb.

Musavat.com xəbər verir ki, bununla bağlı Emin Əmrullayev öz sosial şəbəkə hesabında paylaşım edib.

Emin Əmrullayev Nazir Misir Mərdanovla yanaşı, sabiq rabitə naziri, hazırda İdarəetmə Sistemləri İnstitutunun baş direktoru olan Əli Abbasov və digər şəxslərlə də görüşdüyünü bildirib.

Görüş zamanı elmi-tədqiqat işləri, kadr hazırlığı, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, hazırlanan elmi jurnallar haqqında müzakirə aparılıb, laboratoriyalara baxış keçirilib.

Musavat.com





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR