İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazirdən Şuşa ilə bağlı duyğusal paylaşım - FOTOLAR (VİDEO)

Azərbaycanın sabiq xarici işlər naziri, səfir Vilayət Quliyev sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Musavat.com-un xəbərinə görə, diplomat şəxsi arxivində Şuşaya aid olan fotoları paylaşaraq bunları yazıb:

“Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Anjeyin isə bəlkə də yeganə xeyirli işidir…”

Qeyd edək ki, Vilayət Quliyev bu barədə ilk dəfə bir neçə gün əvvəl Şuşada şəhid övladlarının iştirakı ilə keçirilən tədbirdə danışmışdı. Musavat.com-un əməkdaşının da qatıldığı tədbirdə təcrübəli diplomatımız bildirmişdi ki, Şuşanın işğal altında olduğu illərdə Kasprşikin ona gətirdiyi fotolardan çox təsirlənmişdi və onları indiyədək əziz xatirə kimi saxlayır.

Vilayət Quliyev 1999-2004-cü illərdə XİN-ə rəhbərlik edib.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR