İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq məşhur deputatlar - elmlə, yoxsa bizneslə məşğuldurlar?

Kimisi dərs deyir, kimisi siyasətlə məşğuldur, kimisi də...

2020-ci ildə Azərbaycanın 6-cı çağırış Milli Məclisi formalaşanda öncəki çağırışda parlamentdə təmsil olunan bir sıra tanınmış deputatlar mandatsız qaldı. Maraqlıdır, indi həmin sabiq deputatlar haradadır, nə işlə məşğuldurlar? Onlardan kimlər elmlə, kimlər bizneslə məşğuldur?

Hadı Rəcəbli: o, 11-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib, 2020-ci ildə səlahiyyətlərini başa vurub. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi. Siyasi elmlər doktoru, professor olan Hadi Rəcəbli hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasaının professoru, Elmi Şuranın üzvüdür. Deputat zamanlarında vaxtaşırı qalmaqallı və ilginc açıqlamaları ilə gündəmə gələn H.Rəcəbli mandatsız qaldıqdan sonra demək olar ki, mətbuatla əlaqələrini kəsib, heç bir yerə açıqlama vermir.

Hadı Rəcəbli ilə söhbətimiz - MEYDAN.TV

Hadı Rəcəbli bu ilin oktyabrında 75 illiyini qeyd edəcək.

Hüseynbala Mirələmov. Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Hüseynbala Mirələmov hazırda elmi işlə məşğuldur.

Xatırladaq ki, texnika elmləri doktoru, professor olan H.Mirələmov 2020-ci ildə mandatsız qaldıqdan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin “Neftin, qazın nəqli və saxlanılması” kafedrasının müdiri vəzifəsində çalışmağa başlamışdı. Lakin bir il keçməmiş, yəni 2021-ci ilin 22 aprel tarixində sosial şəbəkələrdə yayılmış qeyri-etik görüntülər səbəbindən bu vəzifəsindən azad edilmişdi. Bir gün sonra isə həmin səbəbdən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri vəzifəsindən azad olunub, Veteranlar Şurasının üzvlüyündən də çıxarılmaqla partiya sıralarından xaric edilib.

Qeyri-etik görüntülərə görə bir müddət mətbuatın, medianın gündəmində olan H.Mirələmovun adı sonuncu dəfə ötən ay roman oğurluğunda hallanmışdı. Belə ki, tanınmış şair, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Sərvaz Hüseynoğlu sosial  şəbəkədə “Hüseynbala Mirələmovun imzası ilə çap olunan ”Ənvər Paşa" romanını mən yazmışam. Bütün akademiklər əsəri bəh-bəhlə, bir-birinə aman vermədən tərifləyir, amma öz imzamla çap etdirdiyim əsərlər haqqında bir cümlə yazan yoxdur" deyib Mirələmovu roman oğurluğunda ittiham etmişdi.

Hüseynbala Mirələmovun övladları kimlərdir? - FOTOLAR | KONKRET

Hüseynbala Mirələmov nüfuzuna xələl gətirdiyinə görə Sərvaz Hüseynoğlunu məhkəmə ilə hədələyib: “Halal müəlliflik hüququmu qanuni yolla müdafiə edəcəyəm və yazıçı nüfuzuma xələl gətirmək cəhdinə görə Sərvaz Hüseynoğlunu məhkəməyə verməyi düşünürəm”. Bu açıqlamadan sonra Sərvaz Hüseynoğlu sosial şəbəkədəki qalmaqallı açıqlamasını silmişdi.

Xatırladaq ki, bir neçə il əvvəl də Hüseynbala Mirələmovun Azərbaycan Dövlət Dram Teatrı üçün yazdığı əsərlərin ona məxsus olmadığı haqda iddialar yayılmışdı. Bir qrup yazıçı və aktyor isə teatr sahəsindəki durğunluğun səbəbini repertuarların zəifliyi, dramaturgiyadan uzaq, teatral mühitə uyğun olmayan bayağı və dayaz əsərlərin teatrlara ayaq açması ilə əlaqələndirirdilər. Xüsusən də məmur yazıçıların, o cümlədən Hüseynbala Mirələmovun əsərləri üzərində səhnələşdirilən tamaşalar tənqid olunur, aktyorların həmin tamaşaları həvəssiz oynadıqları iddia edilirdi.

Həmçinin onun biznes obyektləri, restoranı da var.

Azərbaycanlılar Meğriyə QAYIDIR – Necəsini ilk dəfə Fərəc Quliyev açıqladı  - VİDEO

Fərəc Quliyev. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olub. 2020-ci ildə deputat seçilə bilməyən 59 yaşlı Fərəc Quliyev hazırda siyasi fəaliyyətlə məşğuldur. O, tez-tez mətbuat səhifələrində və yaxud internet televiziyalarında müxtəlif siyasi hadisələrə mövqeyini bildirir.

Çingiz Qənizadə Prezidenti təbrik etdi Yeni Sabah

Çingiz Qənizadə. Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olmuş Çingiz Qənizadə isə hazırda Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri vəzifəsində çalışır, hüquq müdafiəçisi kimi fəaliyyət göstərir.

Digər sabiq məşhur deputatlara gəldikdə isə Milli Məclisin dördüncü çağırış deputatı olmuş Ceyhun Osmanlı hazırda demək olar ki, Avropada yaşayır. Bununla belə, o, Yaşıllar Hərəkatını təsis etməklə Yaşıl enerji, Yaşıl iqtisadiyyat kimi layihələrin təşviqi ilə məşğuldur, təhlilçi, beynəlxalq münasibətlər üzrə ekspertdir. Ardıcıl olaraq dünya mediasında məqalələri dərc edilir. Onun sonuncu belə məqalələrindən biri Şuşada keçirilmiş “Xarıbülbül” festivalı ilə bağlı olub.

Elton Məmmədov AMEA-dakı vəzifəsinə BƏRPA OLUNDU – Özündən AÇIQLAMA

Elton Məmmədov. Milli Məclisin ikinci, üçüncü və dördüncü çağırış deputatı olmuş Elton Məmmədov da hazırda elmi işlə məşğuldur. O, 13 may 2019-cu ildən 28 noyabr 2019-cu ilə qədər AzTU-nun strateji inkişaf üzrə prorektoru, 28 noyabr 2019-cu il tarixindən 16 yanvar 2020-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışsa da, sonradan bu vəzifələrindən azad edilmişdi. Yalnız 16 yanvar 2020-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra isə bu vəzifəsindən də azad olunan E. Məmmədov məsələ ilə bağlı AMEA-ya qarşı məhkəmə iddiası qaldırmışdı. Məhkəmə isə onun işə bərpa olunması ilə bağlı qərar qəbul etmişdi və bu ilin mart ayında o, yenidən vəzifəsinin icrasına başlayıb.

GÜLƏR ƏHMƏDOVA, NƏHAYƏT Kİ, DANIŞDI: "Elşad Abdullayevin arxasında MTN  dururdu"

Gülər Əhmədova. Sabiq məşhur deputatlardan biri də Gülər Əhmədovadır. Hazırda Müasir Müsavat Partiyası sədrinin müavinidir. G.Əhmədova psixologiya elmləri namizədidir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR