Onlayn ictimai-siyasi qəzet
Yanvarın 14-də Lənkəran Elektrik Şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Azərenerji"dən məlumat verilib.
Bildirilib ki, qeyd edilən tarixdə 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 35 kV-luq Xanbulan hava xəttində təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan 13:00-dək Kərgəlan, Lüvəsər, Şağlaküçə, Xanbulan, Daştatük, Asfilalı, Bürcəli, Parakənd kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.
12 Iyun 2025
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ