İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah bələdiyyə seçkiləridir

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki ilə əlaqədar seçkiqabağı təşviqat artıq başa çatıb.

Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .

Qeyd edək ki, yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanıb, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.

Bələdiyyə seçkilərini 69 min 869 müşahidəçi izləyəcək. Onların 30 minə qədəri siyasi partiya nümayəndələridir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfədən çox - 16 mindən artıqdır. O deyib ki, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkilərində öz namizədləri ilə fəal iştirak edir.

M.Pənahov vurğulayıb ki, 9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar.

Seçici siyahısında isə 5 milyon 961 min 625 nəfərin adı var. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 3-ü keçmiş məcburi köçkün dairəsidir. 125 dairənin 7-si azad edilmiş ərazilərə düşdüyü üçün həmin dairələrdə seçkilər keçirilməyəcək.

Azərbaycan reallıqları dəyişib”-Arzuxan Əlizadə

Millət vəkili, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a seçkilərin gedişatını belə şərh etdi: “Təəssüf ki, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi iştirakı lazımi səviyyədə olmadığı üçün seçkilərdə iştiraka bir o qədər də həvəs göstərilmir. Bələdiyyələrlə bağlı müəyyən boşluqlar var. Bunu etiraf etmək lazımdır. Bələdiyyələrin həm statusunun, eləcə də maliyyə imkanlarının artırılması ilə proseslərdə daha fəal iştirakı gözlənilir. Bu baxımdan partiya üzvlərimizin bələdiyyə seçkilərində iştirak etməyə o qədər də həvəsi yox idi. Amma son nəticədə rəsmi dövlət qeydiyyatından keçmiş partiya olaraq seçkilərdə iştirak etməyə qərar verdik. Hesab edirəm ki, namizədlərimizin əksəriyyəti şanslıdır, namizədliklərini irəli sürdükləri dairələr üzrə bələdiyyələrdə təmsil olunmaq imkanları var. Namizədlərimizdən 25-i qeydə alındı. Düşünürəm ki, bələdiyyələrin funksional imkanlarını artırmaq lazımdır. Ümid edirəm ki, gələcəkdə bələdiyyələrlə bağlı məsələlər gündəmə gələcək və onların imkanlarının genişləndirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Qanunvericilikdə bələdiyyələrlə bağlı kifayət qədər akt qəbul edilib. Qanunlar yetərlidir, lakin reallıqda bələdiyyələrin prosesdə iştirak etmək imkanları arzuedilən səviyyədə deyil”.

Bakupost.az - Akif Nağı da namizəd oldu

Azad Vətən Partiyasının sədri Akif Nağı isə “Yeni Müsavat”a şərhində bildirdi ki, partiya təxminən 25 rayondan namizəd təqdim edib: “Müəyyən şərtlər daxilində son mərhələdə 11 namizədimiz qeydə alındı. 8 rayonda mübarizə aparırıq. Vacib prosesdir. Prosesdə həm namizədlərimizlə, həm də müşahidəçilərimizlə iştirak edirik. Prosesdən razıyıq. MSK vaxtaşırı mətbuata məlumat verir. Çox diqqətlə yanaşırlar. Hesab edirəm ki, seçiləcək bələdiyyələr özlərində məsuliyyət hiss edəcəklər. Bunun üçün ciddi hazırlıq işləri gedir. Düşünürəm ki, uğurlu proses olacaq”.  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR