İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu – indi hamı ona hörmətini bildirmək üçün növbəyə dayanıb”

Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə Azərbaycan Prezidenti İlham Əliyev haqqında diqqətçəkən paylaşım edib.

Saakaşvili yazıb ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın şərəfini qoruyub, bölgədə liderlik nümunəsi göstərib:

“Əslində İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini müdafiə etdi və hamıya örnək oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq duranlar indi bu ölkənin Prezidentinə hörmətlərini bildirmək üçün növbəyə dayanırlar.”

Saakaşvilinin bu paylaşımı qısa zamanda minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb. Sosial şəbəkə istifadəçiləri Gürcüstanın keçmiş prezidentinin bu fikirlərini Cənubi Qafqazda Azərbaycanın artan nüfuzunun etirafı kimi dəyərləndiriblər.

Musavat.com-a görə, Saakaşvilinin bu sözləri təkcə şəxsi rəy deyil, həm də regionun siyasi balansında Azərbaycanın aparıcı güc mərkəzinə çevrildiyini göstərən bir siqnaldır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR