Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib ki, ukraynalılar qarşıdakı bir neçə ilin sakit keçməyəcəyinə hazır olmalıdırlar.
Musavat.com-un məlumatına görə o vurğulayıb ki, söhbət daimi döyüş əməliyyatlarından deyil, Ukrayna yaxınlığında davam edən təhlükə və qeyri-sabitlikdən gedir.
Budanovun sözlərinə görə, Rusiya ərazisinə endirilən zərbələrin 99 faizi Ukrayna istehsalı olan silahlarla həyata keçirilir. Bu, Ukrayna ordusuna öz imkanlarından müstəqil şəkildə və strateji üstünlüklə istifadə etməyə şərait yaradır.
Kəşfiyyat rəhbəri əlavə edib ki, Ukraynanın zərbələri Rusiyanın gəlirlərinə sanksiyalardan qat-qat çox zərər vurub. Onun sözlərinə görə, bu, Rusiya iqtisadiyyatının zəifləməsinə mühüm təsir göstərib, lakin Moskva hələ də müharibəni davam etdirmək üçün müəyyən iqtisadi dayanıqlığa malikdir.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ