İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların kabusuna çevrilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...

Qaraçı düşərgəsi Rusiyanın Krasnodar diyarında bir kəndində tam xaos yaradıb, sakinlərin kabusuna çevirilib.

Bu barədə "Readovka" yazır.

Nəşrin məlumatına görə, Staroşerbinovskaya kəndində düşərgə üzvləri təkcə böyüklərə deyil, uşaqlara da hücum etməyə başlayıblar.

İzdiham qurbanlarından birini - azyaşlı oğlanı huşunu itirənə qədər təpikləyiblər və sonra onu elektroşokla iflic ediblər. Uşaq möcüzə nəticəsində sağ qalıb.

Qurbanlardan birinin dediyinə görə, zorakılığı daim Antaş adlı qaraçı oğlan təşkil edir. Antaş və qohumları kollecdən qovulublar, buna görə o, müəllimə və oğluna vəhşicəsinə hücum edib və ailəyə məxsus tövləni qarət edib.

Müəllimə bildirib ki, Antaş quldurluq və döymə ittihamı ilə şərti cəza alıb. Eyni zamanda, o, hər yerdə və bütün hücumlarda olur. Hücum başlayanda o, düşərgəsini toplayır.

Nəşrin həmsöhbəti bildirib ki, növbəti təxribat zamanı ər-arvad rəfiqəsinin müdafiəsinə qalxanda o və əri də qaraçılar tərəfindən döyülüb. Zərərçəkmiş hesab edir ki, hücum edənlərin himayədarları var, əks halda şərti cəza olmazdı.

Məlumata görə davanın təşəbbüskarının atası güc strukturlarındakı əlaqələri ilə öyünür.

Şikəst qadının həyat yoldaşına ilk hücum edən də Antaş olub. İndi o, kəndliləri qətllə hədələyir.//Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR