İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslardan 530 milyon dollarlıq SENSASİON OĞURLUQ

Rusiya ən azı 530 milyon dollar dəyərində Ukrayna taxılını oğurlaya bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Frontline Foundation”ın yeni araşdırmasında bildirilir.

Jurnalistlər Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən Türkiyə, Suriya, Livan və digər ölkələrin limanlarına 50-dən çox taxıl səfəri edən onlarla gəmini izləmək üçün peyk görüntülərindən və radio ötürücü məlumatlarından istifadə ediblər.

Bunun üçün araşdırmaçılar nəqliyyat bəyannamələrini tədqiq edib, sosial mediada axtarış aparıb və taxıl qaçaqmalçılığı əməliyyatının təfərrüatlarını açmaq üçün fermerlər, yükgöndərənlər və hökumət rəsmiləri ilə danışıblar.

Ekspertlərin fikrincə, belə miqyasda taxılın qeyri-qanuni ixracı hərbi cinayət kimi qiymətləndirilə bilər, çünki talan beynəlxalq hərbi hüquqa uyğun olaraq cinayət əməli sayılır.

Araşdırma zamanı rusların “Laodikia” adlı quru yük gəmisi ilə işğal olunmuş Melitopoldan ərzaq daşıdığını müəyyənləşdiriblər. Həmin vaxt yük gəmisi Livan limanında dayanıb. Ukrayna tərəfi gəminin oğurlanmış Ukrayna taxılını daşıdığını bildirib və rəsmi Beyrutu gəmini müsadirə etməyə çağırıb. Lakin Livan hakimiyyəti Kremlin tərəfini tutaraq 10 min ton arpa və buğda ununun oğurlanmadığını və boşaldılmasına icazə veriləcəyini bildirib.

Taxıl qaçaqmalçılığı ilə məşğul olan başqa bir şirkət Birləşmiş Gəmiqayırma Korporasiyasıdır. O, Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə əvvəl törəmə şirkəti “Crane Marine Contractor” vasitəsilə üç yük gəmisi alıb. “Associated Press” agentliyinin xəbərinə görə, gəmilər Krım ilə Türkiyə və Suriya limanları arasında ən azı 17 reys həyata keçirib.

Bundan başqa, jurnalistlər bu ilin iyul ayının əvvəlində sosial şəbəkələrdə yayımlanan videoya diqqət yetiriblər. Kadrlarda Melitopol limanın elevatoruna yaxınlaşan qatar və Rusiyanın “Agro-Fregat” şirkətinin adını daşıyan vaqonlar görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR