İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusizmdən yeganə qurtuluş yolu - FOTOLAR

Ukraynada döyüşdə olan bütün xalqların nümayəndələri bunun çoxəsrlik rus imperiyasından, rusizmdən yeganə qurtuluş yolu olduğunu bilirlər. Sevindirici haldır ki, azərbaycanlılardan yüzlərlə döyüşçü ön cəbhədədir. Artıq bu yolda 35 nəfər şəhid olub. 10-a yaxın soydaşımız Ukrayna dövləti tərəfindən mükafatlandırılıb.

Zaur və Məhəmməd də Ukraynanın ərazi bütövlüyü, azadlığı uğrunda könüllü azərbaycanlı hərbçilərdəndir. Əlində bayraqlar olan Zaur əslən bakılıdır, Hökməli kəndindəndir. O, Azərbaycanda da "İgidliyə görə" medalı ilə təltif olunub. Yerli dostların "Mişa" deyə müraciət etdiyi Məhəmməd isə əslən bərdəlidir, həm də "odessit"dir.

Eşq olsun bu haqq davasında Ukraynanın yanında olan, bu gün ön cəbhədə ukraynalı və digər dost xalqların nümayəndələri ilə birgə ortaq qəhrəmanlıq tarixi yazan Azərbaycan ərənlərinə, cəngavərlərə. Slava Ukraine!!!

Fotoda Zaur və Məhəmmədlə yanaşı, Xerson vilayətində işğal həyatı yaşamış azərbaycanlı Vəsilə xanım da yer alıb.

WhatsApp Image 2022-11-15 at 13.15.22 (1).jpeg (138 KB)

Anar Natiqoğlu,
"Yeni Müsavat"ın Ukrayna müxbiri, Odessa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR