İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya sülh təklif edir, amma... - ŞOK AÇIQLAMA

Tayvanın xarici işlər naziri Cozef Vu Çinin Rusiya-Ukrayna müharibəsi üçün sülh planı təqdim edərkən Tayvanı müharibə ilə hədələdiyini bildirib.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Tayvan Xarici İşlər Nazirliyinin rəsmi sosial media hesabında edilən paylaşımda Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiyaya səfəri dəyərləndirilib.

Cinpinin Rusiya-Ukrayna müharibəsi üçün sülh planı ilə Rusiyaya getməsi ilə bağlı açıqlamalara cavab olaraq qeyd edilib:

“Çin Xalq Respublikası Tayvana və digərlərini müharibə ilə təhdid edərkən, Ukraynaya qarşı müharibə aparan Rusiyaya sülh planı təklif etmək istəyir. Biz axmaq deyilik. Sülh istəyirsiniz? Onda hər iki avtokrat (Cinpin və Putin) öz təhdidlərini, aqressivliyini və ekspansionizmini dərhal dayandırmalıdır".

641952480f25442b9cd1796d.jpg (39 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR