İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xarici ticarətində dollar-avronun payı minimuma düşdü 

2024-cü ilin may ayında Rusiyaya mal və xidmətlərin idxalı üçün ödənişlərdə rus rublu ilə həyata keçirilənlərin payı yeni maksimuma çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya Mərkəzi Bankının hesabatında əksini tapıb.

Məlumata görə, may ayında Rusiyanın idxalının 41,8 faizi rublla həyata keçirilib.

Asiya ölkələrindən idxalda rublla ödənişlərin payı yeni maksimuma - 37,7 faizə çatıb.

Rusiyanın Asiya ölkələrinə mal və xidmətlərin ixracında milli valyutaların payı da may ayında rekord səviyyəyə çatıb - ilk dəfə olaraq alınan ödənişlərin yarıdan çoxu – 52,9 faizi “dost” ölkələrin valyutaları ilə həyata keçirilib.

Rusiyanın Avropa ölkələrinə ixracında rublla ödənişlərin payı da yeni yüksək həddə çatıb - apreldəki 58,4 faizə qarşı mayda 62,7 faiz. May ayında qeyri-dost ölkələrin valyutaları ilə həyata keçirilən idxal ödənişlərinin payı apreldəki 31,8 faizdən 25,6 faizə düşüb.

İxrac müqavilələri üzrə ödənişlərin ümumi məbləğində dost ölkələrin valyutaları ilə ödənişlərin xüsusi çəkisi 45,4 faiz, “zərərli” valyutalarla ödənişlərin xüsusi çəkisi isə 17,6 faiz təşkil edib.

İlkin hesablamalara görə, may ayında Rusiyanın dost valyutalarda mal və xidmətlərə görə xarici ticarət ödənişlərinin müsbət saldosu aprel ayı ilə müqayisədə 64 faiz artaraq dollar ekvivalentində 7,5 milyard dollara çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR