Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xalq artisti Aleksandr Buynov piyada keçidində yaşlı qadını vurub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, müğənni Aleksandr Buinovun təqaüdçünü piyada keçidində vurması ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Məlumata görə, Buinov "Lexus LX 570" markalı avtomobili ilə Aprelevkada, Fevralskaya küçəsində, nizamlanmayan piyada keçidində 61 yaşlı qadını vurub. Müğənni polisə verdiyi ifadəsində qadını görmədiyini və reaksiya vermək üçün vaxtının olmadığını bildirib.
Qəza nəticəsində zərərçəkən qadın xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Buinov 2017-ci ildən bu yana 172 yol polisi cəriməsi alıb, bunların 112-si sürət həddinin aşılması ilə bağlıdır. Həmçinin, müğənni 2022-ci ildə bir başqa yol qəzasına da düşüb.
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ