Onlayn ictimai-siyasi qəzet
Tula şəhərində yerləşən hərbi hospitalın yuxarı mərtəbəsində güclü yanğın qeydə alınıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, hadisənin başvermə səbəbləri hələ ki məlum deyil. Yanğını söndürmək üçün əraziyə fövqəladə hallar xidməti cəlb edilib.
Xilasetmə işləri davam edir və hadisə ilə bağlı əlavə məlumatlar veriləcəyi gözlənilir. Yanğının ciddi zərər və ya insan itkisinə səbəb olub-olmaması hələ dəqiqləşdirilməyib.
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ