İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın tərəfində 200 Çinli muzdlu döyüşçü – ABŞ mənbələrindən şok açıqlama

Rusiyanın tərəfində Ukraynaya qarşı döyüşən təxminən 200 çinli muzdlu döyüşçü var.

Musavat.com xəbər verir ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, bu əsgərlərin Çin Xalq Respublikası hökuməti ilə birbaşa əlaqəsi yoxdur. Onların təlim səviyyəsi minimaldır və Rusiyanın hərbi əməliyyatlarına ciddi təsir göstərmirlər.

Bununla yanaşı, keçmiş qərb kəşfiyyat əməkdaşı qeyd edib ki, bəzi Çin hərbi zabitləri Pekinin icazəsi ilə Rusiyanın arxa cəbhəsində olub və döyüş əməliyyatlarını müşahidə edərək müharibədən taktiki dərslər çıxarıblar. Həmçinin, bu zabitlər ön cəbhəyə də səfərlər edib.

Bu məlumat müharibə zamanı Çin və Rusiya arasında daha gizli əlaqələrin mövcud ola biləcəyi ehtimallarını gücləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR